Gürcüstanda 55 qanunsuz miqrant saxlanılıb - azərbaycanlılar da var

10:55 - 27 Aprel 2026 - DÜNYA

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə ölkədə qanunsuz olaraq yaşayan 55 əcnəbini saxlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanda Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları saxlanılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrantların yaşayış yerlərində axtarış aparıb və həmçinin onların iş yerlərini yoxlayıblar. Departament əlavə edib ki, miqrantların ölkədə immiqrasiya qanunlarını pozduğu aşkar edilib.

Bütün saxlanılanlar müvəqqəti miqrant saxlama mərkəzinə aparılıb və deportasiya tədbirləri davam etdirilir.

 

Xəbər xətti