İsrail qüvvələri Livana zərbə endirib

11:06 - 22 Aprel 2026 - DÜNYA

İsrail qüvvələri Livanın mərkəzi hissəsindəki Qərbi Bekaa bölgəsindəki Əl-Cəbbur kəndinin kənarlarına pilotsuz təyyarə ilə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Xəbər xətti