Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinat

11:02 - 22 Aprel 2026 - Xəbər

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.
Bu təyinata qədər Pərvin Quliyeva 2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, 2023-2024-cü illərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, 2024-2026-cı illərdə Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.

Xəbər xətti