Belçika Kiyevə 1,1 milyard avroluq yeni hərbi yardım paketi təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Çexiya Respublikasına səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.
"Dünən Berlində bir neçə NATO ölkəsi Ukraynaya yeni yardım elan etdi. Belçika 1,1 milyard avro elan etdi", - deyə o bildirib.
Rutte bu yardımın Kiyevə nə vaxt göndəriləcəyini dəqiqləşdirməyib.