Tehranın şimal-qərbində yerləşən İranın Kərəc şəhərinə ABŞ və İsrailin zərbəsi nəticəsində İranın ən mürəkkəb mühəndislik strukturlarından biri hesab edilən körpü dağıdılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əlborz əyalət hakimiyyətinin açıqlamasında bildirilib.
Tasnim xəbər agentliyinin məlumatına görə, bir saat əvvəl sionist rejimin və ABŞ-nin hücumu nəticəsində İranın mühəndislik şah əsəri və dünyanın ən mürəkkəb mühəndislik strukturlarından biri hesab edilən B1 körpüsü dağıdılıb.
Nəticədə bəzi ərazilərdə elektrik təchizatı problemləri yaşanıb.