"Ermənistanda çoxlu dostumuz var, bunu bilirik. Rusiya Federasiyasında çoxlu sayda erməni yaşayır".
Ucnoqta.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla göörüşü zamanı səsləndirib.
Putin bildirib ki, saylar dəyişir, amma biz hesablayırıq ki, bu, iki milyondan çoxdur:
"Və əslində, Daxili İşlər Nazirliyinin məlumatları bunu təsdiqləyir. Rusiyapərəst olan bir çox siyasi qüvvə var. Əlbəttə ki, sizə tamamilə açıq deyim - həmişə dürüst və birbaşa danışdığımız bir dialoqumuz var. Biz çox istərdik ki, bütün bu siyasi partiyalar seçkilər zamanı daxili siyasi işlərdə iştirak edə bilsinlər. Bilirəm ki, bəziləri Rusiya pasportlarına baxmayaraq həbsdədirlər.
Bu sizin qərarınızdır; biz müdaxilə etmirik, amma istərdik ki, hamısı heç olmasa bu daxili siyasi işlərdə iştirak edə bilsinlər."