İran Trampın Tehranın atəşkəs tələb etməsi iddiasını təkzib etdi

18:58 - 1 Aprel 2026 - DÜNYA

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai ABŞ prezidenti Donald Trampın iranlı həmkarının atəşkəs tələb etməsi iddiasını təkzib edib.

Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı "Əl-Cəzirə"yə verdiyi açıqlamada deyib.

"Trampın atəşkəs tələb etdiyimiz iddiası yalandır", - deyə o bildirib.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianın ABŞ administrasiyasından atəşkəs tələb etdiyini iddia etmişdi.

Xəbər xətti