Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:13 - 1 Aprel 2026 - HADİSƏ

Martın 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 233, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Xəbər xətti