Finlandiyada daha bir PUA aşkar edilib

10:25 - 1 Aprel 2026 - DÜNYA

Finlandiya Sərhəd Mühafizəsi ölkənin şərqində daha bir vurulmuş pilotsuz uçuş aparatı (PUA) aşkar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yle məlumat yayıb.

Agentliyin məlumatına görə, dronu Finlandiya-Rusiya sərhədində yerləşən Pihäjärvi gölünün buzunda tapılıb. Sərhəd Mühafizəsi hadisə yerini mühasirəyə alıb və hadisəni araşdırır.

Martın 29-da Finlandiyanın cənub-şərqindəki Kouvola şəhəri yaxınlığında iki PUA qəzaya uğrayıb. Finlandiya Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, dronlardan biri Ukraynaya məxsus An-196 təyyarəsi kimi müəyyən edilib.

Xəbər xətti