“Anarı öldürdülər, indi də ...”

14:45 - 12 May 2025 - MAQAZİN

Mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva Tarix Əliyevin verilişinə müsahibə verib.

"O vaxt oğlumun ölümünə cəhd etdilər, indi də eyni şeyi nəvəm Tamerlana etmək istəyirlər". 

Ucnoqta.az xəbər verir ki, bu sözləri Şərqiyə Cəbiyeva deyib.

O, hazırda nəvəsinə təzyiq göstərənlərin olduğunu bildirib:

"Oğlumun ölümünə cəhd etdilər. İndi də nəvəmə sataşırlar. Anarın ailəsinin dağılmasında da böyük rol oynadılar. Anarı məhv etməyə çalışdılar, çox istifadə etdilər. Anar depressiyaya düşəndə tək qaldı. Onun yayılan videosunu da qurama olaraq təşkil etmişdilər. Anarın beləcə qəsdinə durdular. Onu da nə məqsədlə edib, edən şəxs özü yaxşı bilir. Tamerlan replər ifa edir. Həvəskar şəkildə bu işlə məşğuldur. Düşünmüşdüm ki, illər keçib, artıq hər şey unudulub. Amma yox, indi eyni şeyləri Tamerlan yaşamağa başlayıb. İndi Tamerlana zənglər edirlər. Mən oğlumun ətrini Tamerlandan alıram. Xahiş edirəm, Anarın o videosunu portallardan silsinlər".

Xatırladaq ki, Anar Nağılbaz 2018-ci ildə 44 yaşında dünyasını dəyişmişdi.

Xəbər xətti