Neft bahalaşır
10:53 - 20 İyun 2020 - İQTİSADİYYAT
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,08% artaraq 1 barelə görə 41,96 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,57% artaraq 39,45 dollar təşkil edib.