CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 1-də 38,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 37,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 36,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 35,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.