Valyuta hərracı keçirildi

13:09 - 30 Aprel 2020 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb 69,2 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xəbər xətti