Valyuta hərracında dollara tələb azalıb

13:15 - 28 Aprel 2020 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 23-nə nisbətən 1,2 milyon ABŞ dolları və ya təxminən 2% azalaraq 57,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xəbər xətti