Bakıda minik avtomobili yük maşınına çırpıldı, ölən var
10:25 - 10 Aprel 2020 - HADİSƏ
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Həzrətquliyev Səyyad Qulu oğlu idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olarkən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Cəfərov Ramin Nizami oğlunun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində R.Cəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsiniin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
///trend