Bakıda mənzildən meyit tapıldı

00:29 - 26 Mart 2020 - HADİSƏ

Bakının Xətai rayonunda mənzildə meyit aşkar edilib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti