Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, minik avtomobili azyaşlını vurub. Yaralı xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Hadisənin təfərrüatları araşdırılır./report