Bakıda içərisində 44 min manat olan seyf oğurlanıb

17:54 - 12 Mart 2020 - HADİSƏ

Bakıda oğurluq hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb. Belə ki, Biləcəri qəsəbəsində yaşayan Y.Abdullayevin evindən içərisində 18 min ABŞ dolları (30 min 600 manat), 4 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Daha sonra Y.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti