Gəncədə fəhlə hündürlükdən yıxıldı, vəziyyəti ağırdır

10:35 - 11 Mart 2020 - HADİSƏ

Dünən Gəncə şəhərində fəhlə yıxılıb.

Hadisə Gəncə şəhərində fəaliyyət göstərən MMC-lərin birində baş verib.

Belə ki, fəhlə işləyən Quliyev Qalib günorta radələrində MMC-yə məxsus internet xətti üçün nəzərdə tutulan dirəyin yuxarı hissəsində işləyən zaman ehtiyatsızlıqdan yıxılıb.

O, baş beyin silkələnməsi xəsarəti alıb. Hazırda vəziyyəti ağırdır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır./oxu.az

Xəbər xətti