Şabran sakini dəm qazından boğulub.
Hadisə rayonun Ağbaş kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin həyətindəki hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./trend