Mərkəzi Bank: Bankların dollara olan tələbatı tam ödənilib

13:55 - 10 Mart 2020 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 mln. ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.

Xəbər xətti