Qusarda qardaş qardaşını qətlə yetirib

23:45 - 5 Mart 2020 - HADİSƏ

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər xətti