Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza martın 5-də saat 2 radələrində qeydə alınıb.
M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./qafqazinfo