Lənkəranda qadına qarşı cinayət törədildi

13:41 - 5 Mart 2020 - HADİSƏ

Lənkəranda qadına qarşı quldurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Separadi kənd sakini D.İbadova Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edib.

O bildirib ki, fevralın 20-də saat 3 radələrində evinə girmiş bir nəfərin onu bıçaqla hədələyərək qızıl boyunbağısını və mobil telefonunu alıb.

Lənkəran ŞRPŞ və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri K.İsmayılov və R.Məcidzadə müəyyən edilərək saxlanılıblar. /report

 

Xəbər xətti