Zaqatalada qadın sevgilisini bıçaqlayıb

10:51 - 2 Mart 2020 - HADİSƏ

Zaqatalada bir-neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.  

Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-i qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Marif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır./Apa

Xəbər xətti