Gürcüstanda Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar kəndində ötən gün taksi sürücüsünü qətlə yetirən 23 yaşlı şəxs saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs 1956-cı il təvəllüdlü taksi sürücüsünü öldürüb, sonra avtomobili yandırıb və hadisə yerindən qaçıb.
Saxlanılan şəxs əvvəllər oğurluğa görə məhkum olunub. O, hadisədən bir neçə saat sonra yaxalanıb.
Faktla bağlı istintaq qəsdən adamlöldürmə maddəsi üzrə aparılır. Cinayəti törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir./report