“Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açılqmasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub:
“Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirlər görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”. /report