Tərbiyəçi iki yaşlı uşağı döydü - VİDEO

15:41 - 5 Fevral 2020 - HADİSƏ

Türkiyənin Düzcə vilayətində tərbiyəçi azyaşlını döyüb.

İHA-nın xəbərinə görə, ailə iki yaşlı oğlunu Körpələr Evinə gətirib. Uşağın atası Səlcuq Taşlı ilk gün olduğuna görə Körpələr Evinin foyesində mühafizə kamerasından uşağı izləyib.

Bu zaman o, tərbiyəçinin körpə övladını döydüyünü görüb. Ata dərhal otağa daxil olaraq uşağını götürüb və oradan çıxıb. Ailənin polisə şikayəti əsasında müəllim Yeliz K. tutulub.

Məlum olub ki, o, daha əvvəl də başqa bir şagirdini döydüyü üçün vəzifəsindən çıxarılıb./oxu.az

Xəbər xətti