Dekabrın sonlarında Çinin Uhan şəhərində aşkar edilən yeni tip koronavirusa yoluxanların sayı 20 min nəfəri ötüb.
Virusdan 425 nəfər ölüb. Çindən kənarda 1 ölüm halı qeydə alınıb. Belə ki, Filippində 1 Çin vətəndaşı virusun qurbanı olub.
Ümumilikdə, koronavirus 21 ölkədə qeydə alınıb:
Yaponiya,
Tailand,
ABŞ,
Avstraliya,
Sinqapur,
Cənubi Koreya,
Malayziya,
Vyetnam,
Fransa,
Nepal,
Kamboca,
Almaniya,
Şri Lanka,
BƏƏ,
Finlandiya,
Hindistan,
Filippin,
İtaliya,
Böyük Britaniya,
Rusiya və Belçika.
/trend