Ağcəbədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Şərəfxanlı kəndində qeydə alınıb.
1998-ci il təvəllüdlü Əliyev Şaməddin Niyaməddin oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücünün qardaşı Əliyev Nəciməddin Niyaməddin oğlu hadisə yerində ölüb.
Yaralı Ş.Əliyev ağır bədən xəsarətləri ilə, Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.