Gədəbəydə avtomobil məktəblini vurub öldürdü

12:04 - 4 Fevral 2020 - HADİSƏ

Gədəbəy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Dünən saat 12 radələrində rayonun Zəhmətkənd kəndi ərazisində Sadıq Musayev idarə etdiyi “Vaz 21213” markalı avtomobil ilə 16 yaşlı Əliyev Bayram Füzuli oğlunu vurub. Məktəbli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./publika.az

Xəbər xətti