Daşkəsəndə ana və azyaşlı qızı itkin düşüb.
Hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.
Kənd sakini Saçlıxanım Möylanova fevralın 3-də polisə müraciət edərək bildirib ki, yanvarın 10-da gəlini, 1987-ci il təvvəlüdlü Subra Ellazalıyeva və nəvəsi 2015-ci il təvəllüdlü Zeynəb Ellazalıyeva Sabirabad rayonuna getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
S.Möylanova gəlini S.Ellazalıyevanın ata evinə getmək adı ilə evdən çıxdığını qeyd edib.
Faktla bağlı araşdırma aparılır./oxu.az