Ağcabədidə traktor piyadanı vurub

12:24 - 3 Fevral 2020 - HADİSƏ

Ağcabədidə traktor piyadanı vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilir ki, fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Ağcabədi Rayon polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti