Xaçmazda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

09:46 - 3 Fevral 2020 - HADİSƏ

Xaçmazda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Hadisə yanvarın 28-də, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Sahib İmaməliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobili piyada, Xaçmaz rayon sakini, 1997-ci il təvəllüdlü Nəriman Qəhrəmanovu vurub.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılan piyada fevralın 2-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti