Yevlaxda yol qəzası olub, yaralananlar var

09:49 - 31 Yanvar 2020 - HADİSƏ

Yevlaxda yol qəzası olub. 

Hadisə Mal binəsi kəndi yaxınlığında baş verib. Belə ki, BMV və "Hyundai" markalı maşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. 1955-ci il təvəllüdlü Rasim Əli oğlu Həsənova yerindəcə tibbi yardım göstərilib. 1962-ci il təvəllüdlü Salmanova Almaz İslam qızı isə rayon xəstəxanasına yerləşdirilib. Bundan əlavə daha bir yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Hər üç yaralı rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır. /Apa

Xəbər xətti