Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
18:27 - 30 Dekabr 2019 - İQTİSADİYYAT
31 dekabr 2019 – 6 yanvar 2020-ci il tarixlərində bayram günləri ərzində bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.
"APA-Econocims"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bayram günlərində ölkədə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Qeyd olunub ki, bayram günlərində Mərkəzi Bank tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.
İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.
Koordinator: Azər Quluyev
Qaynar xətt: (+994) 70 922 29 99.
Gücləndirilmiş iş rejimində çalışacaq bankların və “Azərpoçt” MMC-nin satış nöqtələrinin iş qrafiki aşağıda təqdim edilir.
https://uploads.cbar.az/press-releases/e05b3f6031d3959a6ff2bff89.pdf
https://uploads.cbar.az/press-releases/7403a6c30b110a9e2e6387c93