Beyləqanın Birinci Şahsevən kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 5 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.