Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda 5 otaqlı ev yanıb

23:13 - 5 Noyabr 2019 tarixində dərc olunub.

Beyləqanın Birinci Şahsevən kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 5 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: