Ermənistanda Rusiyaya məxsus aviabazada yanğın olub. Avtosfer.az xəbər verir ki, insident bu gün Yerevan şəhərində yerləşən “Erebuni” aerodromunda qeydə alınıb.
Məlumata görə, yanğın aeradromun anqarında baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürmə maşını cəlb edilib. Yaralıların olub-olmaması barədə məlumat verilmir.
Bildirilir ki, alov mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.
Namiq Musayev