Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Yerevanda Rusiyaya məxsus aviabazada yanğın baş verib</b></font>

19:33 - 4 Noyabr 2019 tarixində dərc olunub.

Ermənistanda Rusiyaya məxsus aviabazada yanğın olub. Avtosfer.az xəbər verir ki, insident bu gün Yerevan şəhərində yerləşən “Erebuni” aerodromunda qeydə alınıb.

Məlumata görə, yanğın aeradromun anqarında baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürmə maşını cəlb edilib. Yaralıların olub-olmaması barədə məlumat verilmir.

Bildirilir ki, alov mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

 

Namiq Musayev

Müəllif: