Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb.
Hadisə Saray qəsəbəsində baş verib. Belə ki, təxminən 40 yaşlı Saray qəsəbə sakini Esmira adlı xanımı (soyadı dəqiqləşdirilir - red) "Volkswagen" markalı, "99-NM-092" dövlət nömrə nişanlı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır./report