Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb

09:19 - 31 Oktyabr 2019 tarixində dərc olunub.

Abşeronda avtomobil övladını məktəbə yola salan qadını vuraraq öldürüb.
 

Hadisə Saray qəsəbəsində baş verib. Belə ki, təxminən 40 yaşlı Saray qəsəbə sakini Esmira adlı xanımı (soyadı dəqiqləşdirilir - red) "Volkswagen" markalı, "99-NM-092" dövlət nömrə nişanlı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: