“2020-ci ildə “Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib. “Əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir. Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, “tam üzən məzənnə”yə keçmək mümkün deyil. Dünyada 70 neft ixrac edən ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”, - baş bankir əlavə edib.