Bu ilin yanvar-sentyabr aylarında SOCAR öz imkanları hesabına müstəqil olaraq 5,75 mln. ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur.
“APA-Economics”ə SOCAR-dan verilən məlumata əsasən, SOCAR 2019-cu ilin III rübündə 2 mln. tona yaxın neft çıxarmaqla hasilatını 2,8% artırıb. Bundan başqa SOCAR yanvar-sentyabr aylarında 5,03 mlrd. kubmetrdən artıq qaz hasil edib. Bu göstərici illik müqayisədə 3,5% artıb.
SOCAR cari ilin III rübündə isə 1,8 mlrd. kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hasilatını 11,4% artırıb.