Bakıda sürücü avtomobilə idarəetməni itirərək qəza törədib - FOTO - VİDEO

09:33 - 4 Oktyabr 2019 - HADİSƏ

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Şəfiyev Emil Azər oğlunun idarə etdiyi "Tofaş" markalı "10-VV-418" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü xəsarət almasa da, maşına ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib./report

 


Xəbər xətti