Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sürücü avtomobilə idarəetməni itirərək qəza törədib -<font color=red><b> FOTO - VİDEO</b></font>

09:33 - 4 Oktyabr 2019 tarixində dərc olunub.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Şəfiyev Emil Azər oğlunun idarə etdiyi "Tofaş" markalı "10-VV-418" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü xəsarət almasa da, maşına ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları gəlib./report

 

Müəllif: