ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 10,10% artaraq 1 barelə görə 66,30 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 8,92% artaraq 59,74 dollar təşkil edib.
Qeyd edək ki, neftin kəskin bahalaşmasının səbəbi pilotsuz təyyarələrin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin müəssisələrinə hücumu olub. Nəticədə Səudiyyə Ərəbistanı neftin hasilatını kəskin azaltmaq məcburiyyətində qalıb.