Zaqatalada “Prado” mikroavtobusla toqquşdu - Yaralı var

21:09 - 8 Avqust 2019 - HADİSƏ

Zaqatala - Bərdə marşurutu üzrə işləyən mikroavtobus "Prado" markalı avtomobillə toqquşub.

Hadisə Zaqatalanın Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində mikroavtobusda olan Balakən rayon Qullar kənd sakini 1976-cı il təvəllüdlü Doldolova Təranə Mənsur qızı xəsarət alıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti