Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada “Prado” mikroavtobusla toqquşdu - <font color=red><b>Yaralı var</b></font>

21:09 - 8 Avqust 2019 tarixində dərc olunub.

Zaqatala - Bərdə marşurutu üzrə işləyən mikroavtobus "Prado" markalı avtomobillə toqquşub.

Hadisə Zaqatalanın Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində mikroavtobusda olan Balakən rayon Qullar kənd sakini 1976-cı il təvəllüdlü Doldolova Təranə Mənsur qızı xəsarət alıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Müəllif: