Bakıda istirahət mərkəzində kütləvi dava: xəsarət alan var

08:33 - 20 İyul 2019 - HADİSƏ

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, APA-ya bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.

Xəbər xətti